• cümə, 29 Mart, 16:58
  • Baku Bakı 14°C

Prezident sarayına hücum: dörd talibançı öldürüldü

25.06.13 09:02 1254
Prezident sarayına hücum: dörd talibançı öldürüldü
APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, hücumda Taliban hərəkatının dörd üzvü iştirak edib.
Prezident Sarayına minalanmış maşında gələn terrorçular partlayışdan əvvəl maşından tullanıblar. Lakin onlardan heç biri sağ qalmayıb. Polisin məlumatına görə, yaraqlılar sarayın ərazisinə daxil olmaq üçün saxta sənədlərdən istifadə ediblər. Hücum zamanı altı partlayışın baş verdiyi, atışmanın isə 45 dəqiqə davam etdiyi bildirilir. Zərərçəkənlər barədə məlumat verilmir.
Hücuma görə məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürüb. Hücum zamanı Prezident Sarayında 20-dək jurnalist olub. Onlar Əfqanıstan prezidenti Həmid Karzayın mətbuat konfransına gəlibmiş. Həmin vaxt prezidentin özünün harada olduğu isə məlum deyil.
banner

Oxşar Xəbərlər