• şənbə, 20 Aprel, 18:21
  • Baku Bakı 24°C

Prezident San-Marino dövlətinin başçılarını qəbul edib

11.06.15 12:48 769
Prezident San-Marino dövlətinin başçılarını qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn San-Marino dövlətinin başçıları, San-Marino Regent Kapitanları Andrea Belluzini və Roberto Venturunini qəbul edib.
APA-nın məlumatına görə, prezident İlham Əliyev iyunun 12-də Bakıda mötəbər beynəlxalq idman yarışının - birinci Avropa Oyunlarının başlamasının və Avropadan çoxlu sayda idmançının bu yarışlarda təmsil olunmasının önəmini qeyd edib.
Dövlət başçısı yarışlarda iştirak edəcək San- Marino idmançılarına da uğurlar arzulayıb. Prezident İlham Əliyev San-Marinonu təmsil edən nümayəndələrin ölkəmizlə yaxından tanış olmaları üçün də tədbirin yaxşı imkan yaradacağına əminliyini ifadə edib.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan ali qonaqlar San-Marino nümayəndə heyətinin birinci Avropa Oyunlarında iştirakından qürur duyduqlarını deyiblər. Qonaqlar bildiriblər ki, onların bu mötəbər idman yarışlarında iştirak etmələri Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi işlərə göstərdikləri hörmətin ifadəsidir.
Görüşdə birinci Avropa Oyunlarının xalqların bir-birini daha yaxından tanıması və xalqlar arasında humanitar və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verdiyi vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilib, iqtisadi, sərmayə qoyuluşu, turizm və digər sahələrdə də əməkdaşlıq üçün yaxşı potensialın olduğu qeyd edilib.
banner

Oxşar Xəbərlər