• cümə, 29 Mart, 10:27
  • Baku Bakı 5°C

Prezident Sabirabadda bir sıra obyektlərin açılışında iştirak edib

29.08.13 17:58 1350
Prezident Sabirabadda bir sıra obyektlərin açılışında iştirak edib
Prezidenti İlham Əliyev avqustun 29-da Sabirabad rayonuna səfərə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstəsi qoyub. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda aparılan abadlıq işləri barədə məlumat verib.
Prezident həmin gün Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının yeni inşa olunmuş inzibati binasının açılışında iştirak edib.
Avqustun 29-da İlham Əliyev yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul-Sabirabad hissəsinin açılışında iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması layihəsi barədə məlumat verib. Bildirilib ki, yolun ümumi uzunluğu 50 kilometr olan Hacıqabul-Sabirabad hissəsinin tikintisi artıq başa çatdırılıb. Dövlətimizin başçısına yolun Sabirabad-Bərhəmtəpə hissəsi barədə də ətraflı məlumat verilib. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sabirabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev prospektində yerləşən 1200 şagird yerlik M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binasında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev təhsil ocağında yaradılan şəraitdən razılığını bildirib, müvafiq tapşırıqlarını verib.
Azərbaycan Prezidenti Heydər Əliyev Mərkəzinin açılışında da iştirak edib. Heydər Əliyev Mərkəzinin binası orijinallığı ilə Sabirabad şəhərinin gözəlliyini daha da artırır. Bu Mərkəzin yaradılması ilk növbədə sabirabadlıların Ümummilli Liderin xatirəsinə ehtiramını nümayiş etdirir. Prezidenti Heydər Əliyev Mərkəzində yaradılmış şəraitdən razılığını bildirib.
banner

Oxşar Xəbərlər