• cümə, 29 Mart, 00:31
  • Baku Bakı 7°C

Prezident: "Rusiyanın münaqişənin tənzimlənməsində səylərini yüksək qiymətləndiririk"

11.07.16 19:35 1123
Prezident: "Rusiyanın münaqişənin tənzimlənməsində səylərini yüksək qiymətləndiririk"
"Biz Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini yüksək dəyərləndiririk. Bu istiqamətdə hazırda ən aktiv dinamika müşahidə olunur".

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidentiİlham ƏliyevBakıda işgüzar səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.

Dövlət başçısı bildirib ki, bu səfər Rusiyanın münaqişənin tənzimlənməsində maraqlı olduğun göstərir: "Biz də münaqişənin tezliklə həllində maraqlıyıq”.
Öz növbəsində Lavrov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində proses gedir.O bildirib ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq görüşünün nəticələrini yüksək qiymətləndirir: "Mən Ermənistan və Azərbaycana Rusiya prezidentinin tapşırığı ilə səfər edirəm. İnanıram ki, bu görüş münaqişənin tənzimlənməsi istiqamətində gələcək addımları müəyyənləşdirəcək”.
Lavrov əlavə edib ki, Rusiya və Azərbaycan arasında münasibətlər sıx əməkdaşlıq şəraitində inkişaf edir: "Bu ilin sonuna qədər hokumətlərarası komissiyanın iclası keçiriləcək.Rusiya Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır".
banner

Oxşar Xəbərlər