• şənbə, 20 Aprel, 08:57
  • Baku Bakı 14°C

Prezident Rusiya səfirinin etimadnaməsini qəbul edib

10.06.18 11:49 452
Prezident Rusiya səfirinin etimadnaməsini qəbul edib
Bu gün Azərbaycan prezidentiİlham ƏliyevRusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovun etimadnaməsini qəbul edib.
APA-nın məlumatına görə, səfir M. Boçarnikov fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezidentİlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan prezidentiİlham Əliyevsəfirlə söhbət edib. Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, hərbi-texniki, humanitar və bütün digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezidentİlham Əliyevölkələrimiz arasında mövcud olan bu münasibətlərin strateji tərəfdaşlıq əlaqələri kimi dəyərləndirdiyini vurğulayıb. Münasibətlərimizin zəngin tarixə malik olduğunu deyən prezidentİlham Əliyevbu əlaqələrin gələcəkdə də uğurla və dinamik şəkildə inkişaf edəcəyinə əminliyini bildirib.
Səfir M. Boçarnikov Rusiya prezidentiVladimir Putinin ona səfirlik fəaliyyəti dövründə Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirmək istiqamətində səylər göstərmək barədə tapşırıqlar verdiyini bildirib. O qeyd edib ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərinin Rusiyada maraqla izlənildiyini deyən M. Boçarnikov Bakıda olduğu bir neçə gün ərzində paytaxtda aparılan abadlıq işlərinin onda dərin təəssürat yaratdığını bildirib.
Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər