• cümə axşamı, 25 aprel, 11:41
  • Baku Bakı 14°C

Prezident “Rəşadət” ordeninin təsis edilməsi ilə bağlı qanunu imzalayıb

05.12.17 12:10 2227
Prezident “Rəşadət” ordeninin təsis edilməsi ilə bağlı qanunu imzalayıb
Azərbaycan prezidentiİlham ƏliyevAzərbaycan Respublikasının "Rəşadət” ordeninin təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
APA-nın məlumatına görə,Nazirlər KabinetiAzərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının "Rəşadət” ordeninin təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməli,Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat verməli, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat verməlidir.
banner

Oxşar Xəbərlər