• çərşənbə axşamı, 19 mart, 15:37
  • Baku Bakı 8°C

Prezident QMİ-yə 3 milyon manat ayırıb

17.03.17 21:26 882
Prezident QMİ-yə 3 milyon manat ayırıb
Prezidentİlham Əliyev2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədarQafqaz Müsəlmanları İdarəsitərəfindən keçiriləcək bir sıra tədbirlərin maddi təminatı haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamda bildirilir ki, "İslam Həmrəyliyi İli” çərçivəsindəQafqaz Müsəlmanları İdarəsitərəfindən Azərbaycanın müxtəlif bölgələrində məscid və ziyarətgahlarda, ictimai yerlərdə tanınmış dövlət və din xadimlərinin, müxtəlif dini konfessiya üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər, habelə bir sıra xarici ölkələrdə konfranslar keçirilməsi nəzərdə tutulur.

İslam dini dəyərlərinin qorunub saxlanılması, təbliği və bu sahədə beynəlxalq səviyyədə əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində silsilə tədbirlərin həyata keçirilməsi məqsədi ilə "İslam Həmrəyliyi İli” çərçivəsindəQafqaz Müsəlmanları İdarəsitərəfindən keçiriləcək tədbirlərin maddi təminatı üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,0 (üç) milyon manat ayrılıb.
banner

Oxşar Xəbərlər