• cümə axşamı, 28 mart, 15:46
  • Baku Bakı 16°C

Prezident Qəbələdədir

14.08.13 14:06 1267
Prezident Qəbələdədir
Azərbaycan prezidenti İlham Əliyev avqustun 14-də İsmayıllıya səfərini başa çatdıraraq Qəbələ rayonuna gedib. Lent.az-ın məlumatına görə, dövlət başçısı Qəbələ şəhərindəki parkda Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev məlumat verib ki, Heydər Əliyev parkı son illər sakinlərin ən çox üz tutduqları məkanlardan biridir. Burada yerli əhalinin, eləcə də qonaqların mənalı istirahətini təşkil etmək üçün hər cür şərait yaradılıb.
Prezident Qəbələyə səfəri çərçivəsində “Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksinin açılışında iştirak edib.
banner

Oxşar Xəbərlər