• çərşənbə, 24 Aprel, 00:24
  • Baku Bakı 14°C

Prezident Qazaxda yol tikintisinə pul ayırdı

19.08.16 18:58 1110
Prezident Qazaxda yol tikintisinə pul ayırdı
Azərbaycan Prezidentiİlham ƏliyevQazax rayonunun Qazax-Kosalar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:
"1. Altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan RespublikasınınMaliyyə Nazirliyibu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
banner

Oxşar Xəbərlər