• çərşənbə axşamı, 16 aprel, 22:29
  • Baku Bakı 18°C

Prezident Qaxda abadlıq-quruculuq işlərinin davam etdirilməsinə dair sərəncam imzalayıb

05.08.17 21:34 1926
Prezident Qaxda abadlıq-quruculuq işlərinin davam etdirilməsinə dair sərəncam imzalayıb
Azərbaycan prezidentiİlham ƏliyevQax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncama əsasən Qax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Qax Rayon İcra Hakimiyyətinə 3 mln. manat ayrılıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Qax rayonunda infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilib, Olimpiya İdman Kompleksi, "İçəribazar” qala kompleksi, Bayraq Muzeyi, əlil və şəhid ailələri üçün 68 mənzilli 3 yaşayış binası inşa edilib, Mərkəzi Rayon Xəstəxanası, Rayon Mədəniyyət Mərkəzi, Uşaq-Gənclər Şahmat İdman Məktəbi əsaslı təmir olunub, müasir tələblərə cavab verən digər sosialyönümlü obyektlər istifadəyə verilib, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, şəhərin su təchizatı sistemi yenidən qurulub, iri istehsal müəssisələri yaradılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
banner

Oxşar Xəbərlər