• cümə, 29 Mart, 06:34
  • Baku Bakı 5°C

Prezident “Qarabağ” klubu üçün torpaq ayırdı

17.12.14 14:54 1657
Prezident “Qarabağ” klubu üçün torpaq ayırdı
Prezident İlham Əliyev “Qarabağ” Futbol Klubunun uşaqlar üçün Futbol Akademiyası tikməsi məqsədi ilə yerlə təmin olunmasına göstəriş verib.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə klubun direktoru Emrah Çelik məlumat verib. O bildirib ki, prezidentlə bu gün keçirilən görüşdə belə bir tapşırıq verilib: “Bilirsiniz ki, Tofiq İsmayılov adına stadionun əsas hissəsində “Qarabağ” FK-nin əsas baza stadionu tikilib. Stadionun boş qalan hissəsində isə uşaqlar üçün futbol akademiyası tikmək istəyirdik. Bu, ölkədə uşaq futbolunun inkişafına təsir edəcək. Orada məşqlər həyata keçiriləcək. Biz bu istəyimizi ölkə başçısı ilə görüşdə səsləndirdik. O da stadionun boş qalan hissəsində uşaq akademiyası tikilməsinə razılıq verdi”.
banner

Oxşar Xəbərlər