• cümə, 19 Aprel, 14:50
  • Baku Bakı 25°C

Prezident İlham Əliyev Pirəkəşküldə hərbi şəhərciyin açılışında iştirak edib - Fotolar - Yenilənib

23.01.17 15:05 1928
Prezident İlham Əliyev Pirəkəşküldə hərbi şəhərciyin açılışında iştirak edib - Fotolar - Yenilənib
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham ƏliyevMüdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnikZakir Həsənovprezident, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevə raport verib.

Dövlət başçısı əvvəlcə Azərbaycan Ordusunun inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub.

Yeni hərbi şəhərcik 42 hektar ərazidə yerləşir. Burada tikinti işlərinə 2014-cü ilin mayında başlanıb, ötən ilin sonunda isə yekunlaşıb. Şəhərcikdə zabit, gizir və çavuşlar üçün 9 yaşayış binası inşa edilib. Onlardan 4-ü ailəli, 5-i isə subay hərbi qulluqçular üçündür. Ərazidə ümumilikdə 13 əsgər yataqxanası tikilib. Hərbi şəhərcikdə inzibati, xidməti və texniki binalar da inşa edilib.

İ. Əliyev hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsib.

Hərbi şəhərcikdə ailəli hərbi qulluqçuların yerləşməsi üçün iki və üçotaqlı mənzillərdən ibarət yaşayış binaları inşa edilib. Binalardakı mənzillər yumşaq və bərk mebellər, zəruri inventar və televizorla təmin olunub. Bütün binalara su, elektrik, telefon, internet və televiziya kabeli xətləri çəkilib.

Ərazidə xüsusi tibbi avadanlıqla təchiz edilmiş 76 çarpayılıq, ikimərtəbəli tibb məntəqəsi də tikilib. Burada UZİ, elektrokardioqram, rentgen, diaqnostika, lor, oftalmoloji, stomatoloji, fizioterapiya kabinetləri, laboratoriya yaradılıb.

Hərbi şəhərcikdə bütün avadanlıqla təchiz edilmiş yeməkxana inşa edilib. Dövlət başçısına burada hərbi qulluqçuların istifadə etdikləri ərzaqlar barədə məlumat verilib. 1790 yerlik yeməkxanada əsgər və zabitlərin dolğun qidalanması üçün hərtərəfli şərait var. Burada mətbəx və təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları yaradılıb. Yeməkxana kompleksində çörək istehsalı sahəsi də fəaliyyət göstərir. Bu istehsal sahəsi hərbi hissənin şəxsi heyətini çörək və şirniyyat məmulatları ilə tam təmin etmək imkanına malikdir.

Ərazidə şəxsi heyətin uzunmüddətli yerləşməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət əsgər yataqxanaları tikilib. Dövlət başçısı hərbi hissənin əsgər yataqxanasına da baxıb. Burada əsgərlərin qalması və istirahəti üçün hərtərəfli şərait var. Yataqxanada ideoloji otaq, dəftərxana və digər inzibati otaqlar yaradılıb.

Prezidentİlham Əliyevə hərbi hissədəki texnika barədə də məlumat verilib. Bildirilib ki, hərbi hissədə zirehli avtomobil və texnikaların yerləşdirilməsi üçün xüsusi yerlər inşa edilib. Hərbi texnika üçün parkın ərazisində yeni avadanlıqla təchiz edilmiş texniki nəzarət, qulluq, təmir, yanacaqdoldurma və digər məntəqələr tikilib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, eləcə də hərbi qulluqçuların və onların ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili, təhsil və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə hərbi şəhərciyin ərazisində 528 yerlik klub inşa edilərək lazımi avadanlıqla tam təchiz olunub. Bundan başqa, ərazidə hərbi qulluqçuların peşə və ixtisas hazırlığının təşkili məqsədilə müvafiq avadanlıq və qurğularla təchiz edilmiş 2 tədris korpusu inşa olunub. Təntənəli mərasimlər, qoşunların sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün 3 sıra meydanı salınıb. Şəhərcikdə qarovul xidmətinin təşkili və aparılması məqsədilə qarovul şəhərciyi və qarovul evi inşa edilib.

Hərbi şəhərcik yaradılarkən hərbi qulluqçuların idmanla məşğul olmaları diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə burada mini futbol, basketbol, voleybol, həndbol meydançaları, maneələr və qaçış zolaqlarının daxil olduğu idman-məşq qurğuları sahəsi yaradılıb.

Hərbi hissədə müasir avadanlığın quraşdırıldığı hamam-çamaşırxana-qazanxana kompleksi fəaliyyət göstərir. Burada, həmçinin bərbərxana və dərzi otaqları da var. Hərbi hissənin isti su təchizatını təmin etmək və istiliyə ehtiyacını ödəmək üçün müasir tipli qazanxanada suqızdırıcı qurğular quraşdırılıb. Şəhərcikdə bir buxar qazanxanası, iki transformator yarımstansiyası və biotəmizləyici su stansiyası da inşa edilib. Ərazidə həcmi 500 kubmetr olan ehtiyat və yanğın əleyhinə tədbirlər üçün nəzərdə tutulan su anbarları da yaradılıb.

Hərbi şəhərcikdə yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı hərbi qulluqçularla görüşüb. Prezidentİlham Əliyevhərbçilərə yeni uğurlar arzulayıb.










banner

Oxşar Xəbərlər