• şənbə, 20 Aprel, 01:48
  • Baku Bakı 15°C

Prezident pambıqçılığın inkişafına dair Dövlət Proqramını təsdiq edib

13.07.17 16:06 1267
Prezident pambıqçılığın inkişafına dair Dövlət Proqramını təsdiq edib
Azərbaycan prezidentiİlham Əliyev"Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqındasərəncam imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər KabinetinəMaliyyə Nazirliyivə İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədi ilə hər il dövlət büdcəsi və Dövlət İnvestisiya Proqramı tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin etmək tapşırılıb.

Kənd Təsərrüfatı Nazirliyiisə İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə prezidentə məlumat verməlidir.
banner

Oxşar Xəbərlər