AZE | RUS | ENG |

Prezident pambıqçılığın inkişafına dair Dövlət Proqramını təsdiq edib

Prezident pambıqçılığın inkişafına dair Dövlət Proqramını təsdiq edib
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədi ilə hər il dövlət büdcəsi və Dövlət İnvestisiya Proqramı tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin etmək tapşırılıb.
 
Kənd Təsərrüfatı Nazirliyi isə İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə prezidentə məlumat verməlidir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6932
GBP 1 İngilis funt sterlinqi 2.2726
TRY 1 Türk lirəsi 0.3716
KWD 1 Küveyt dinarı 5.6260
SEK 1 İsveç kronu 0.1941
EUR 1 Avro 1.9904
CHF 1 İsveçrə frankı 1.7119
USD 1 ABŞ dolları 1.7000