• cümə axşamı, 25 aprel, 01:09
  • Baku Bakı 19°C

Prezident oğlu da daxil olmaqla, 50 nəfər həlak oldu - Təyyarə faciəsi

18.11.13 07:41 1372
Prezident oğlu da daxil olmaqla, 50 nəfər həlak oldu - Təyyarə faciəsi
APA-nın verdiyi məlumata görə, Tatarıstan avikompaniyasının açıqladığı siyahıda Tatarıstan prezidentinin oğlu İrek Minnixanov və FTX rəisi Anleksandr Antonovun adları göstərilib.
Qeyd edək ki, bu gün Moskva vaxtı ilə saat 19:25-də Kazan şəhərində “Boinq-737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Domodedovo aerportundan qalxan Moskva-Kazan aviareysi ilə hərəkət edən “Boinq-737” sərnişin təyyarəsi Kazan beynəlxalq hava limanıne enərkən eniş zolağında qəzaya uğrayıb. Qəza nəticəsində 6-sı ekipaj üzvü olmaqla 50 nəfər həlak olub.
Rusiya Fövqəladə Hallar Nazirliyi qəza zamanı təyyarədə olanların hamısının həlak olduğunu bildirib.
Qəzaya ilkin səbəb kimi ekipajın səhvinin olduğu göstərilir.
banner

Oxşar Xəbərlər