• cümə, 29 Mart, 02:22
  • Baku Bakı 7°C

Prezident Olimpiya komandamızın yolasalma mərasimində iştirak edib

18.07.16 11:24 1265
Prezident Olimpiya komandamızın yolasalma mərasimində iştirak edib
Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimi keçirilib.
APA-nın xəbərinə görə, Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı mərasimdə nitq söyləyib.
Sonra gənclər və idman naziri Azad Rəhimov, yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının məşqçisi Akif Əliyev, paralimpiyaçı İlham Zəkiyev, yunan-Roma güləşçisi Rəsul Çunayev çıxış ediblər.
Çıxışlardan sonra idmançılar Olimpiya andı içiblər.
banner

Oxşar Xəbərlər