• cümə axşamı, 25 aprel, 21:07
  • Baku Bakı 21°C

Prezident Nazirlər Kabineti Aparatının strukturunu təsdiqləyib

23.08.17 18:01 1767
Prezident Nazirlər Kabineti Aparatının strukturunu təsdiqləyib
Prezidentİlham ƏliyevNazirlər KabinetiAparatının strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, müəyyən edilib ki,Nazirlər KabinetiAparatının işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahididir.

Nazirlər KabinetiAparatının İşlər idarəsinin işçilərinin say həddiniNazirlər Kabinetitəsdiq edir.

Nazirlər Kabinetizərurət olduqdaNazirlər KabinetiAparatının strukturuna daxil olan şöbələrdə sektorlar (İşlər idarəsində şöbələr və sektorlar) yaradır.

Nazirlər Kabinetinə tapşırılıb ki, Nazirlər Kabinetinin iş qaydasının layihəsini, Nazirlər Kabinetinin Aparatı haqqında əsasnamənin layihəsini, bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin,Nazirlər KabinetiAparatının struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat versin və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
banner

Oxşar Xəbərlər