• cümə, 19 Aprel, 17:50
  • Baku Bakı 25°C

Prezident Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib

16.05.18 11:30 783
Prezident Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib
Azərbaycan prezidentiİlham ƏliyevNaxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib.
APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına kompleks barədə məlumat verib.
Bildirilib ki, kompleks giriş nasos stansiyasından, hovuzlardan, inzibati, transformator, kompressor binalarından, suvarma üçün nəzərdə tutulan su hovuzundan ibarətdir. Burada, həmçinin iri tullantı tutucu, qum və yağ tutma, membran tipli təmizləyici, palçıqqurutma,havatəmizləyici qurğular quraşdırılıb. Ümumilikdə, bu qurğunun fəaliyyəti 121 min istifadəçini əhatə edir. İcrasına 2014-cü ildə başlanılan layihə ötən ilin oktyabrında tamamlanıb. Qurğunun xidmət sahəsi Naxçıvan şəhəri, Qaraxanbəyli, Qaraçuq, Bulqan, Hacıniyyət, Tumbul, Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini əhatə edir. Layihənin icrası nəticəsində 500 hektar torpağın suvarılması mümkün olacaq.
Prezidentİlham Əliyevkompleksi işə salıb.
banner

Oxşar Xəbərlər