Prezident Monteneqro parlamentinin sədrini qəbul edib
Prezidentİlham ƏliyevMonteneqro parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın xəbərinə görə, Monteneqro nümayəndə heyətiATƏTParlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirdiyi "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda beynəlxalq konfransa qatılıb.