• cümə axşamı, 28 mart, 18:34
  • Baku Bakı 13°C

Prezident MM-ə layihə təqdim edib

27.11.17 13:40 1852
Prezident MM-ə layihə təqdim edib
Azərbaycanda əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdirilir.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti tərəfindənMilli Məclisə qanun layihəsi təqdim edilib.

Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir.

Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 5000 manatdan 6000 manata qədər cərimələnəcəklər.

Layihə qəbul olunduğu təqdirdə 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsiMilli Məclisin Aqrar siyasət komitəsinin noyabrın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər