• çərşənbə axşamı, 23 aprel, 12:22
  • Baku Bakı 24°C

Prezident məcburi köçkünlərin mənzil-məişət şəraiti ilə bağlı sərəncam imzalayıb

20.07.16 18:40 1385
Prezident məcburi köçkünlərin mənzil-məişət şəraiti ilə bağlı sərəncam imzalayıb
Prezidentİlham Əliyevməcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən Bakı şəhəri ərazisində qəzalı vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrini hazır mənzil alınması yolu ilə yeni mənzillərlə təmin etmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyinə və sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək,Nazirlər Kabinetibu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər