• çərşənbə axşamı, 16 aprel, 22:53
  • Baku Bakı 18°C

Prezident MDB liderlərinin qeyri-formal görüşünə qatılacaq

25.12.17 18:13 472
Prezident MDB liderlərinin qeyri-formal görüşünə qatılacaq
Dekabrın 26-da MoskvadaMDBölkələrinin dövlət başçılarının qeyri-formal görüşü keçiriləcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, görüşdə Rusiyanın 2017-ci ildəMDB-yə sədrliyinə yekun vurulacaq və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.
Toplantıda Rusiya prezidentiVladimir Putin, Azərbaycan prezidentiİlham Əliyev, Ermənistan prezidentiSerj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidentiNursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak edəcəklər.
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov isə görüşə qatılmayacaq.
banner

Oxşar Xəbərlər