• cümə, 29 Mart, 18:36
  • Baku Bakı 14°C

Prezident Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib

24.05.18 15:29 791
Prezident Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib
Qaradağ rayonunda yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun açılışı olub.
APA-nın məlumatına görə, Azərbaycan prezidentiİlham Əliyevaçılışda iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına layihənin texniki göstəriciləri barədə məlumat verib.
47 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən, yük və sərnişin daşımasının yaxşılaşdırılmasına xidmət edən Lökbatan-Qobu avtomobil yolunun uzunluğu 7 kilometrdən çoxdur.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
banner

Oxşar Xəbərlər