• cümə axşamı, 25 aprel, 04:43
  • Baku Bakı 19°C

Prezident Lerikdə yol tikintisinə 7 milyon manat ayırdı

19.08.14 18:46 1298
Prezident Lerikdə yol tikintisinə 7 milyon manat ayırdı
Prezident Lerikdə Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb
Prezident İlham Əliyev Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncama əsasən 30 min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Lerik Rayon İcra Hakimiyyətinə ayrılacaq.
banner

Oxşar Xəbərlər