• cümə, 29 Mart, 01:47
  • Baku Bakı 7°C

Prezident Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıb

17.08.18 18:10 817
Prezident Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıb
Prezident İlham Əliyev avqustun 17-də "Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTACxəbər verir ki, yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
banner

Oxşar Xəbərlər