Prezident Kürdəmirdə “ASAN xidmət” mərkəzinin tikintisinə vəsait ayırıb
Prezident
İlham Əliyev Kürdəmir rayonunda "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və
tikintisi haqqında sərəncam imzalayıb.
Sərəncamda
qeyd edilir ki, Kürdəmir rayonunda "ASAN xidmət” mərkəzinin layihələndirilməsi
və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22
yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu
(investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü
yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinə ayrılsın.
Nazirlər
Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.
Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə
maliyyələşməni təmin edəcək.