• çərşənbə axşamı, 19 mart, 06:51
  • Baku Bakı 8°C

Prezident Kosa və Keçəllə yumurta döyüşdürüb

19.03.18 17:57 824
Prezident Kosa və Keçəllə yumurta döyüşdürüb
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ümumxalq şənliyinin iştirakçıları Dənizkənarı Milli Parka gəlib.Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, prezident və xanımını Kosa və Keçəl bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxıblar.

Dövlət başçısı, xanımı və ümumxalq şənliyinin digər iştirakçıları Novruz bayramı münasibətilə təşkil olunan "Şərq bazarı” ilə tanış olublar.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izlədilər, qədim el sənətlərinin nümunələrinə, Azərbaycan xalçalarına baxdılar, pəhləvanların, güləşçilərin çıxışlarını izlədilər, "Nənələr”, "Rəfti”, "Əvəsor” folklor özfəaliyyət kollektivlərinin, "Natiq” ritm qrupunun, aşıqların, Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki "Oyuq” teatr-studiyasının kollektivinin ifalarını dinləyiblər.

Çay süfrəsinə qonaq olan dövlət başçısı və xanımı milli mətbəximizin müxtəlif nümunələrindən dadıblar.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov məlumat verib ki, Novruz bayramı münasibətilə milli mətbəximizə aid xüsusi olaraq 27 poçt markası hazırlanıb.

Prezident və xanımı poçt markalarını imzalayıb və möhürləyiblər.

Dövlət başçısı və xanımı Azərbaycan Gimnastika Federasiyasının stendində bədii, aerobika, akrobatika və idman gimnastlarının nümunəvi çıxışlarına baxıblar. Diqqətə çatdırılıb ki, martın 15-18-də Milli Gimnastika Arenasında Beynəlxalq Gimnastika Federasiyasının idman gimnastikası üzrə dünya kuboku yarışları uğurla təşkil olunub. Bundan başqa, Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə aprelin 12-15-də batut gimnastikası, tamblinq və ikili mini batut üzrə 26-cı Avropa çempionatı, aprelin 27-29-da bədii gimnastika üzrə dünya kuboku, iyunun 22-23-də isə yeniyetmələr arasında Olimpiya Oyunlarına vəsiqə qazandıracaq idman gimnastikası üzrə təsnifat yarışları keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "ISMA Bikes” zavodunun istehsalı olan velosipedlərə baxıblar.

Qeyd olunub ki, 2018-ci il iyunun 5-9-da Azərbaycanda BMX velosipedi üzrə dünya çempionatı keçiriləcək. Çempionatda təxminən 2 min velosipedçinin iştirakı nəzərdə tutulur. Bu çempionatın keçiriləcəyi BMX treki beynəlxalq standartların dəyişməsi ilə əlaqədar ötən il tamamilə yenidən qurulub.

Prezident İlham Əliyevə BMX velosipedi üzrə dünya çempionatının və cüdo üzrə dünya çempionatının ilk biletləri təqdim edilib.


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kəmər güləşi üzrə idmançıların çıxışlarını da izləyiblər. Məlumat verilib ki, kəmər güləşi türkdilli xalqlar arasında tarixən mövcud olmuş qədim qurşaq güləşinin müasir versiyasıdır. Hazırda kəmər güləşi idman növündə müasir qaydalar tətbiq edilir. Azərbaycan idmançıları kəmər güləşi üzrə dünya və Avropa çempionatlarında bir sıra mükafatlar qazanıblar. İyulda idmanın bu növü üzrə Azərbaycan çempionatı keçiriləcək. Çempionatın qalibləri sentyabrda təşkil olunacaq dünya oyunlarında iştirak edəcəklər.

Ümumxalq şənliyində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Novruz bayramına həsr olunmuş xüsusi stend hazırlanıb. Stenddə Heydər Əliyevin portreti əks olunmuş, "Müslüm Maqomayev”, "Tofiq Quliyev”, "Qara Qarayev”, "Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları”, "Standart buraxılış 2018”, "Novruz”, "2017”, "İt ili”, "Formula 1”, "XXI Yay Olimpiya Oyunları - Rio 2016”ya həsr olunmuş markalar, "Avropa Oyunları 2015”, "Azərbaycan”, "İçərişəhər”, "Qarabağ”, "Eurovision 2012” kitabları, habelə "Turizm”, "Avropa” adlı bukletlər və s. poçt məhsulları nümayiş etdirilir.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, "Azərmarka” MMC tərəfindən Azərbaycanın müstəqilliyinə, dövlət atributlarına, iqtisadi inkişafına, milli bayramlarına, memarlıq abidələrinə, görkəmli ictimai-siyasi xadimlərinə, beynəlxalq əhəmiyyətli mühüm tədbirlərə, Qarabağa aid poçt markaları çap olunaraq dövriyyəyə buraxılıb. Eyni zamanda, həmin markaların beynəlxalq aləmdə də yayımı təşkil edilib.

Dövlət başçısı və birinci xanım Novruz bayramına həsr olunan markanın ilk nüsxəsini imzalayaraq möhürləyiblər. Bununla da tarixi əhəmiyyət qazanan bu marka "Azərpoçt” MMC vasitəsilə dövriyyəyə buraxılıb.


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin nümayəndələri ilə görüşüblər.

Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.

Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə davam edib.
banner

Oxşar Xəbərlər