• cümə axşamı, 25 aprel, 02:15
  • Baku Bakı 19°C

Prezident İspaniya kralına başsağlığı verdi

25.07.13 15:47 1413
Prezident İspaniya kralına başsağlığı verdi
APA-nın məlumatına görə, başsağlığı məktubunda bildirilir:
“Əlahəzrət,
Madrid-Ferrol istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində çox sayda insanın tələf olması və xəsarət alması xəbəri məni son dərəcə kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
banner

Oxşar Xəbərlər