AZE | RUS | ENG |


Prezident: "İslam həmrəyliyi olduqca vacib amildir və bununla bağlı ciddi addımlar atılmalıdır"

Prezident:
"Azərbaycanda ən qədim zamanlardan müxtəlif dinlərə məxsus insanlar yaşayıb. Bu gün də Azərbaycan dini tolerantlıq ənənələrini davam etdirir".
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına təbrikində qeyd edib.
 
Dövlət başçısı bildirib ki, konfransın Bakıda keçirilməsi ilə doğru ünvan seçilib.
 
"Məmnunluq hissi ilə deyə bilərəm ki, 2016-cı il ölkəmizdə "Multikulturalizm ili" elan olunduqdan sonra xalqımız öz tarixi, mənəvi ənənələrinə sadiqliyini böyük coşqu ilə nümayiş etdirdi. Azərbaycanda bu münasibətlə ötən il bir sıra beynəlxalq mötəbər tədbirlər keçirildi. Dünyada multikultralizmin Azərbaycan modelinə böyük maraq yarandı. 2017-ci il isə Azərbaycanda "İslam həmrəyliyi" ili elan edildi.
 
Müasir dünyamızda İslam həmrəyliyinin vacibliyi ilk olaraq İslam daxilindəki həmahəngliyin bərqərar edilməsində özünü göstərir.
 
Bu, müxtəlif məzhəblər arasında dini anlaşılmazlıqların elmi müstəvidə aradan qaldırılması, bütün İslam ölkələri arasında qarşılıqlı hörmət və etibara əsaslanan münasibərlərin qurulmasıdır.
 
Bununla yanaşı, İslam həmrəyliyi dedikdə İslam və digər dinlər arasında harmoniyanın yaranması da nəzərdə tutulur. Buna nail olmaq, əslində, dünya dinləri arasında ahəngdar və bir-birinə inamlı münasibətin daha da möhkəmlənməsinə, İslam ölkələri ilə digər ölkələr arasında bəşəri dəyərlərə əsaslanan xoş münasibətlərin inkişafına nail olmaq deməkdir", - deyə prezident bildirib.
 
Dövlət başçısı bu il Azərbaycanda İslam Həmrəyliyi oyunlarının keçiriləcəyini də xatırladıb: "İslam həmrəyliyi olduqca vacib amildir və bununla bağlı ciddi addımlar atılmalıdır. Ümidvaram ki, bugünkü konfrans da İslam aləminə öz töhfəsini verəcək".
 
Təbriki Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla oxuyub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6942
GBP 1 İngilis funt sterlinqi 2.1858
TRY 1 Türk lirəsi 0.4759
KWD 1 Küveyt dinarı 5.5856
SEK 1 İsveç kronu 0.1942
EUR 1 Avro 1.8627
CHF 1 İsveçrə frankı 1.7155
USD 1 ABŞ dolları 1.7025