• çərşənbə axşamı, 19 mart, 11:36
  • Baku Bakı 8°C

Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

27.05.17 20:00 1435
Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir
Yaponiya İmperatoru Akihito Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, Zati-alinizə xoşbəxtlik və Azərbaycan xalqına rifah arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram".
X X X
MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyevdən:"Hörmətli İlham Heydər oğlu. MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından milli bayramınız – Respublika Günü münasibətilə təbriklərimi qəbul edin.
Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına sülh, firavanlıq və rifah arzu edirəm".
X X X
Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan:"Hörmətli İlham Heydər oğlu. İcazə verin, Sizi dövlət bayramınız – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edim və Sizə möhkəm cansağlığı, Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyim".
X X X
TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan:"Hörmətli cənab Prezident. Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını TÜRKSOY-un baş katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Yaradılmasının 99-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Zati-alinizin müdrik və məqsədyönlü siyasəti nəticəsində türk dünyasının öndə irəliləyən ölkəsi olaraq dünyanın siyasi, iqtisadi, mədəni və idman mərkəzlərindən birinə çevrilmişdir.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Zati-alinizin TÜRKSOY-a dəstəyini, Azərbaycan Respublikası ilə sıx əlaqələri, onun ümumtürk mədəniyyətinin təbliğində rolunu yüksək qiymətləndirir. Əmin ola bilərsiniz ki, TÜRKSOY üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək, ortaq dəyərlərimizi dünyada təbliğ etmək üçün səylərini davam etdirəcəkdir.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və rifah diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
X X X
Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanovdan:"Zati-aliləri cənab Prezident. Ölkənizin milli bayramı – 28 May Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması qardaş xalqın həyatında çox böyük və önəmli hadisə olmaqla, müstəqil Azərbaycanın milli dövlətçiliyinin, onun indiki parlaq yüksəlişinin əsasını qoymuşdur. Qardaş Azərbaycan xalqı Zati-alinizin rəhbərliyi ilə və həyata keçirdiyiniz siyasət nəticəsində bu yüksəlişi yaşamaqdadır.
İnanıram ki, türkdilli ölkələr arasında əməkdaşlıq da Sizin hərtərəfli dəstəyiniz və töhfələriniz sayəsində daha da inkişaf edəcək və genişlənəcəkdir. Bakıda TürkPA Katibliyinin fəaliyyəti üçün mükəmməl şəraitin yaradılması bu böyük dəstəyinizin bariz nümunəsidir.
Bu xoş fürsətdən istifadə edərək, yüksək ehtiram hissi ilə Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq arzu edirəm".
X X X
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan:"Möhtərəm cənab Prezident. Sizi 28 may - Respublika Günü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi qəlbdən təbrik edirik.
Ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk parlamentli respublikanın qurulması Azərbaycan xalqının qədim dövlətçilik ənənələrinə malik olduğunu göstərməklə yanaşı, bütün türk dünyasının tarixinə əlamətdar və qürurverici hadisə kimi həkk olunmuşdur. Sizin rəhbərliyiniz altında uğurla həyata keçirilən səmərəli fəaliyyət nəticəsində 99-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası dünyanın mədəni mərkəzlərindən birinə çevrilir, onun beynəlxalq aləmdə nüfuzu getdikcə artır.
Türkdilli dövlətlər arasında inkişaf edən əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində hərtərəfli dəstəyinizə görə minnətdarlığımızı bildirərək Sizi bir daha təbrik edir, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirik".
X X X
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkodan:"Çox hörmətli İlham Heydər oğlu. Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan Respublikası Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin, xalqın milli və mənəvi ənənələrinə, öz ölkəsinə və onun şanlı tarixinə görə yüksək qürur hissinin təcəssümünün bariz nümunəsidir.
Respublika Günü birliyin və dövlətin yorulmadan həyatın bütün sahələrində öz vətəndaşlarının tərəqqisinin, təhsilin, səhiyyənin və elmin inkişafının qeydinə qalmasının rəmzidir.
Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına səmimi qəlbdən möhkəm cansağlığı, uğurlar və firavanlıq arzu edirəm".
X X X
Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan:"Çox hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu bayram Azərbaycanın çoxmillətli xalqının birliyini, onun çoxəsrlik tarixini, zəngin mənəvi və mədəni irsinə görə qüruru, ölkənin bütövlüyünü, cəmiyyətdə həmrəyliyi və sabitliyi təcəssüm etdirir.
Bu gün ölkənizin iqtisadi və sosial sahələrdə qazandığı inamlı nailiyyətlər, onun beynəlxalq nüfuzunun möhkəmlənməsi, həyat səviyyəsinin və rifahın yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Sizin uğurla davam etdirdiyiniz uzaqgörən siyasətin nəticəsidir.
Xalqlarımız arasında həmişə səmimiyyətə və etimada əsaslanan mehriban qonşuluq və qardaşlıq münasibətləri dağıstanlılar üçün xüsusi dəyər kəsb edir. Əminəm ki, keçmişin şanlı ənənələrinə, hörmət və qarşılıqlı anlaşmaya əsaslanan bu münasibətlər daha da möhkəmlənəcək.
Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının rifahı naminə ali dövləti fəaliyyətinizdə tükənməz qüvvə və enerji arzularımı qəbul edin.
Azərbaycanın bütün xalqına sülh və tərəqqi diləyirəm".
X X X
Moldova Respublikası Qaqauz Yeri Muxtar Ərazi Qurumunun başçısı İrina Vlaxdan:"Çox hörmətli cənab Prezident. Moldova Respublikası Qaqauz Yeri Muxtar Ərazi Qurumunun İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan Sizə hörmət və ehtiramımı bildirirəm.
İcazə verin, Sizi və Sizin şəxsinizdə Azərbaycanın bütün sakinlərini Respublika Günü münasibətilə təbrik edim. Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi bu əlamətdar gün Azərbaycanın tarixində ən parlaq hadisələrdən biri kimi qalacaq.
Azərbaycan Respublikasının zəngin mədəniyyəti, nadir ənənələri, valehedici təbiəti var. Lakin onun ən əsas sərvəti ölkənin inkişafı və rifah halının yüksəldilməsi naminə çalışan sakinləridir. Sizə və Azərbaycan Respublikasının bütün sakinlərinə cansağlığı, xoşbəxtlik, ölkənizin inkişafı ilə bağlı nəzərdə tutulan planların uğurla reallaşmasını, sülh və firavanlıq arzu edirəm.
Sizə səmimi qəlbdən uzun illər boyu Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə sədaqətli yoldaşlar və böyük ruh yüksəkliyi arzu edirəm.
Çox hörmətli cənab Prezident, fürsətdən istifadə edib Sizə yüksək ehtiramımı bildirirəm".
X X X
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyevdən:"Hörmətli İlham Heydər oğlu. İcazə verin, Sizi və bütün Azərbaycan xalqını ən əlamətdar bayramlarınızdan biri – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edim.
Bu bayram Azərbaycanın çoxmillətli xalqının birliyinin və həmrəyliyinin, habelə ölkənizin uzun illər boyu dünya siyasi arenasında öz nüfuzunu artıraraq getdiyi yolun müstəqil və düzgün olmasının rəmzidir.
Sizə xas olan müstəsna rəhbərlik istedadı, Vətənə hədsiz sevgi, insanlara səmimi qayğı sayəsində bu gün Azərbaycan bütün sahələrdə intensiv, ardıcıl inkişaf nümunəsidir. Hər bir ailəyə səmimi qəlbdən cansağlığı, hər bir evə firavanlıq, sülh və tərəqqi arzu edirəm".
X X X
Rusiya Federasiyası İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovdan:"Hörmətli İlham Heydər oğlu. Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını dövlət bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Sizin enerjiniz və müdrikliyiniz sayəsində Azərbaycanda həyata keçirilən dəyişikliklər bu gün cəmiyyətdə birliyi qoruyub saxlamağa imkan verir, sosial problemlərin həllində mühüm nəticələr əldə etməyə və respublika sakinlərinin rifahını yüksəltməyə şərait yaradır.
Əminəm ki, Sizin gözəl diyarınızda həmrəylik və yaradıcı əmək şəraitində Azərbaycan Respublikası naminə yeni təşəbbüslər və planlar uğurla həyata keçiriləcək.
Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, gözəl diyarınıza sülh, tərəqqi və rifah arzu edirəm".
banner

Oxşar Xəbərlər