• şənbə, 20 Aprel, 16:15
  • Baku Bakı 23°C

Prezident İlham Əliyevin Türkmənistana səfəri hazırlanır

01.02.18 11:25 660
Prezident İlham Əliyevin Türkmənistana səfəri hazırlanır
Azərbaycan prezidentiİlham Əliyevin Türkmənistana səfəri planlaşdırılır.
APA-nın xəbərinə görə, bu barədə Türkmənistanın Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, Azərbaycan xarici işlər naziriElmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Türkmənistana səfərinin məqsədi, həmçinin, Azərbaycan prezidentiİlham Əliyevin bu ölkəyə səfərinə hazırlıq məsələsini müzakirə etməkdir.
Qeyd olunur ki, ötən ilin avqustunda Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov Azərbaycana səfər edib və nümayəndə heyəti Türkmənistanda olarkən həmin səfər zamanı əldə edilmiş razılaşmaların praktik olaraq həyata keçirilməsi müzakirə olunub.
banner

Oxşar Xəbərlər