• çərşənbə axşamı, 23 aprel, 20:32
  • Baku Bakı 20°C

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

25.04.18 18:17 535
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb
Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanın adından Azərbaycan prezidentiİlham Əliyevin şərəfinə rəsmi nahar verilib.

APA-nın məlumatına görə, bu gün Azərbaycan prezidentiİlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın "Esenboğa”havalimanında Prezidentİlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Türkiyənin Baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Fəxri qarovul dəstəsinin rəisi Prezidentİlham Əliyevə raport verib.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.
banner

Oxşar Xəbərlər