Prezident İlham Əliyevin Türkiyədə rəsmi qarşılanma mərasimi olub
Türkiyə prezident Sarayında Azərbaycan prezidenti İlham Əliyevin türkiyəli həmkarıRəcəb Tayyib Ərdoğantərəfindən rəsmi qarşılanma mərasimi keçirilib.
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Mərasimdə hər iki ölkənin dövlət himni səsləndirilib.
Rəsmi qarşılanmanın ardınca prezidentlər arasında təkbətək görüş olacaq.
Daha sonra Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçiriləcək, sonra prezidentlər mətbuata bəyanatla çıxış edəcəklər.