• şənbə, 20 Aprel, 00:27
  • Baku Bakı 15°C

Prezident İlham Əliyevin reytinqi yüksək olaraq qalmaqdadır

03.11.14 14:50 1123
Prezident İlham Əliyevin reytinqi yüksək olaraq qalmaqdadır
Azərbaycan prezidenti İlham Əliyevin reytinqi yüksək olaraq qalmaqdadır. «Rəy» Monitorinq Mərkəzinin bu günlərdə Bakıda keçirdiyi «omnibus» tipli ictimai rəy sorğusunun nəticələri göstərir ki, paytaxt əhalisinin əksəriyyəti ölkə başçısını dəstəkləyir.
Sorğu zamanı məlum olub ki, prezident seçkiləri gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə gələcək respondentlərin əksərriyəti (83%) öz səsini hazırki ölkə başçısına verərdi. Bakı sakinlərinin 65%-i Azərbaycan prezidenti postunda İlham Əliyevə alternativ görmürlər. Respondentlərin 82%-i «İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?» - sualını müsbət cavablandırıb («tam» və ya «qismən» cavab verir). Rəyi soruşulanların 68%-i isə ölkədə işlərin düzgün istiqamətdə getdiyini düşünür.
banner

Oxşar Xəbərlər