• cümə, 19 Aprel, 14:42
  • Baku Bakı 25°C

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük nəticələr əldə edir

24.03.19 21:08 515
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük nəticələr əldə edir
Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi və xalqın zəhmətkeşliyi, əzmkarlığı ilə qısa dövrdə sosial-iqtisadi sahələrdə böyük nəticələr əldə edib.
Bu sözləriAZƏRTAC-ın xüsusi müxbirinə qısa müsahibəsində Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov deyib. Baş katib Novruz bayramı münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın uğurlarının davamını arzuladığını bildirib.
Özbəkistan diplomatı Vladimir Norov deyib: "Mən ən yaxın və əziz dostlarımız olan Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Bu bayram bizə sevinc, xoşbəxtlik, sülh və əmin-amanlıq gətirir. Min illərdir qeyd etdiyimiz bu bayramda bizim ümumi köklərimiz, ənənələrimiz birləşir. Novruz bayramı münasibətilə Azərbaycan xalqına xoşbəxtlik, rifah, əmin-amanlıq və tərəqqi arzu edirəm”.

banner

Oxşar Xəbərlər