• cümə, 29 Mart, 14:45
  • Baku Bakı 14°C

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb

23.02.20 10:00 1425
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb
Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri başa çatıb.
Bu barədə Trend-ə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.
Romanın "Fiumicino” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Respublikası Nazirlər Şurasının dövlət katibi Mario Turko və digər rəsmi şəxslər yola saldılar.
banner

Oxşar Xəbərlər