Prezident İlham Əliyevin apardığı titanik islahatlar və qələbə
1918-ci ilin noyabr ayının 22-də Ədliyyə
Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən
edən mühüm akt - Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq olunmuşdur. Nazirlər
Şurasının qərarları ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin
və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının
təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə
Palatasının Əsasnaməsi qəbul olunmuşdur. Hökumətin 1919-cu il 11 avqust tarixli
qərarı ilə Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə
Nazirliyinin tabeliyinə verilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Sovet
Rusiyası tərəfindən işğal edildikdən sonra 13 may 1920-ci il tarixdə Ədliyyə
Nazrliyi ləğv edildi və əvəzində Xalq Ədliyyə Komissarlığı quruldu. Sovet
hakimiyyəti illərində Azərbaycanda ədliyyə sisteminin inkişafı Ümummilli lider
Heydər Əliyevin adı ilə bağlıdır. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali
Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin yenidən yaradılması Azərbaycan ədliyyəsinin
tarixində mühüm rol oynamışdır. SSRİ-nin dağılması ilə yenidən müstəqilliyə
nail olmuş Azərbaycan xalqı tez bir zamanda dövlətçiliyin itirilməsi, Azərbaycanın
parçalanması təhlükəsi ilə üz-üzə qaldığından xalqın tələbi ilə Ümummilli lider
yenidən hakimiyyətə gəlmişir. Müstəqil dövlət quruculuğu istiqamətində görülən
işlər, atılan əməli addımlar, islahatlar
bir-neçə il ərzində sabit və dinamik inkişaf xəttini tuta bilən dövlət
aparatının formalaşmasına, bu inkişafa imkan verən qanuvericlik bazasının,
hüquq sisteminin yaradılmasına səbəb olmuşdur. Ümummillli lider Heydər Əliyevin
11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr - Ədliyyə Nazirliyinin ilk
Əsasnaməsinin təsdiqləndiyi gün, ədliyyə işçilərinin peşə bayramı kimi qeyd
olunmağa başlanmışdır. Ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti
uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
ədliyyəsinin, məhkəmə sisteminin inkişafı yolunda yeni nailiyyətlər əldə
edilmiş, həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mühüm
uğurlar əldə edilmişdir. Qeyd edilən titanik islahatlar bütün sahələri əhatə
etmiş, Azərbaycan Respublikası dünya miqyasında iqtisadi cəhətdən ən sürətli
inkişaf edən dövlətə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti uğurla davam
etdirən ölkə başçısı cənab İlham Əliyevin qarşısına qoyduğu ən ümdə məsələ Azərbyacan Respublikasının suverenliyinin bərpa edilməsi
olmuşdur.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq
formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamışdır. Həmin fəaliyyətin
tərkib hissəsi olaraq, 1987-89-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox
azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulmuş, Ermənistanın hərbi təcavüzü
nəticəsində Azərbaycan Respublikasının ərazisinin 20 faizi – Dağlıq Qarabağ
regionu və ona bitişik yeddi rayon işğal olunmuşdur. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qaydışından sonra çıxışlarının birində onun başa çatdıra bilmədiyi işlərin, məhz
cənab Prezident İlham Əliyev tərəfindən başa çatdırılacağını bildirmişdir. Cənab
Prezident İlham Əliyev münaqişənin sülh yolu ilə həllinə tərəfdar olmuş, lakin
dəfələlə öz çıxışlarında işğalın daimi olaraq davam etdirilməsinin yolverilməz
olduğunu bildirmişdir. Erməni siyasi-hərbi
rejimi mövcud münaqişəni sülh yolu ilə həll etmək əvəzinə özlərinin işğalçı
mövqelərindən əl çəkməyərək cari il sentyabrın 27-də növbəti dəfə işğal olunmuş
bölgələrimizin yaxınlığında yerləşən mülki əhalini ağır artilleriya silahları
ilə atəşə tutmağa başlamışdır. Rəşadətli Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi
ilə əks həmlə ilə 44 gün müddətində düşməni diz çökməyə məcbur etmişdir. Məhz
Ali Baş Komandan tərəfindən bu illər ərzində aparılmış, uğurlu titanik
islahatlar, ordu quruculuğu, eyni zamanda bütün sahələrdə aparılmış islahatlar,
Xalq-Prezident birliyi nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir.
Deyə bilərik ki, Ali Baş Komandan, cənab Prezident Ilham Əliyev Ulu Tanrının Azərbaycan
xalqına olan ən qiymətli hədiyyəsidir. Cənab
Prezident Ilham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan
dünya miqyasında hər sahədə qüdrətli dövlətə çevrilmişdir. Bu cür
şanlı tarixin yazıldığı dövrdə çalşmaq, hər hansı sahədə öz vəzifələrini yerinə
yetirmək əlbəttə ki, hər bir vətəndaşın xoşbəxtliyidir. Yaşasın Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev, yaşasın Azərbaycan
xalqı, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır !
Lənkəran Rayon Məhkəməsinin hakimi
Məmmədov Toğrul Məhəmməd oğlu