Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Trend-in məlumatına görə, təbrikdə deyilir: "Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.Azərbaycanda, MDB məkanında və bütün dünyada Sizin adınız öz ölkəsini inkişaf və tərəqqi, vətəndaş sülhünün və həmrəyliyinin təmin edilməsi yolu ilə qətiyyətlə irəli aparan prinsipial, güclü və iradəli lider sözü ilə tam assosiasiya yaradır.
Sizin qarşınızda duran məsul məsələlərin həlli fiziki və mənəvi gücün ən yüksək səviyyədə səfərbər olunmasını tələb edir. Siz var gücünüzlə Azərbaycan xalqının rifahının yüksəldilməsi, mədəni və mənəvi baxımdan zənginləşməsi işinə həsr edirsiniz.
Mən qəti əminəm ki, Sizə xas olan müstəsna iş qabiliyyəti və yüksək intellektual potensial bundan sonra da Azərbaycan Respublikası naminə çoxşaxəli fəaliyyətinizdə uğurlar qazanmağa imkan verəcək.
Bu xoş fürsətdən istifadə edərək, Sizə Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya proseslərinin inkişafı məsələlərində ardıcıl və konstruktiv mövqe tutduğunuza, MDB İcraiyyə Komitəsini daim dəstəklədiyinizə görə səmimi minnətdarlığımı bildirirəm.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, bütün planlarınızın və niyyətlərinizin uğurla həyata keçməsini arzu edirəm".
XXX
Roma klubunun fəxri prezidenti Ernst Ulrix fon Vaytszekerdən:
"Zati-aliləri, cənab Prezident Əliyev. Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram. Müdrik rəhbərliyinizlə gözəl ölkənizə və Sizə davamlı uğurlar arzulayıram.
2014-cü ilin aprel ayında Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək mənim üçün böyük şərəf idi. Həmin vaxt mən məhdud resurslu dünyamızda dinc iqtisadi inkişafı dəstəkləyən təşkilatın - Roma klubunun həmsədri idim. Siz böyük səxavət nümayiş etdirərək o vaxt yüksək səviyyəli qonaqları görüşə dəvət etmişdiniz.
Onu da vurğulamaq istərdim ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq əməkdaşlıq və tolerantlıq kimi dəyərlərin təbliği istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə olan ən yüksək ehtiramımı bildirirəm".
XXX
Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımdan:
Möhtərəm cənab Prezident. Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Zati-alinizə və ailənizə cansağlığı, xoşbəxtlik diləyirəm.
Zati-alinizin Ali Baş Komandan olaraq cəsarəti, müdrikliyi və liderliyi sayəsində qəhrəman Azərbaycan Ordusu 44 günlük qısa bir müddətdə ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək Azərbaycan xalqının 27 illik həsrətinə son qoymuş və Qarabağı azad etmişdir. Bu müddətdə başda Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan olmaqla, bütün türk xalqı Azərbaycanın qələbəsi üçün dualar edib və dəstəyini verib.
İndiyədək olduğu kimi, bundan sonrakı müddətdə də Türkiyə Respublikası istənilən şəraitdə, vəziyyətdə can Azərbaycanın yanında olmaqda davam edəcək.
Möhtərəm cənab Prezidentim, "Bir millət, iki dövlət” şüarı ilə Zati-alinizin və Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın səyləri sayəsində Qafqazda bundan sonra sülh, firavanlıq, rifah və əmin-amanlıq davamlı olacaq".
XXX
Moskvanın müftisi, Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri Albir həzrət Krqanovdan:
"Möhtərəm İlham Heydər oğlu. Sizi həyatınızda əlamətdar hadisə - doğum gününüz münasibətilə Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Doğum günü, sadəcə, bayram deyil. Bu, keçilmiş həyat yolu, gələcək planlar, hələ fəth edilməli yeni zirvələrə aparan yollar barədə düşünmək üçün bir fürsətdir. Sizin əməksevərliyinizi, əzmkarlığınızı, məqsədyönlülüyünüzü və peşəkarlığınızı, ən mürəkkəb məsələlərin düzgün həllini tapmaq bacarığınızı bildiyimiz üçün əminik ki, Siz öz dövlətinizin və xalqınızın mənafeyi naminə həmişə müsbət nəticələrə nail olacaqsınız.
Sizin yüksək səriştənizə və səmimiyyətinizə, insanlara həssas münasibətinizə əsaslanan çoxşaxəli fəaliyyətiniz həmişə qarşıya qoyulan vəzifələrin uğurla reallaşmasına gətirib çıxarıb. Sizin müdrik rəhbərliyiniz dövründə Azərbaycan xalqının tarixi ədalətin bərpa olunması barədə çoxdankı arzusu həyata keçib. Sizin həyatınız insanın zəkasının, təşəbbüskarlığının və əməksevərliyinin ona uğur və haqlı hörmət qazandırdığına parlaq nümunədir.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizin ən fərəhli hisslərinizə şərik olaraq Sizə səmimi-qəlbdən uzun və məhsuldar ömür, möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, bütün planlarınızın həyata keçməsini, gümrah və xoş əhval-ruhiyyə diləyirik. Doğmalarınıza və yaxınlarınıza firavanlıq və rifah arzu edirik.
Ulu Tanrı haqq yolunda Sizi qorusun və xeyirxah əməllərinizin əvəzini versin".
XXX
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverdən:
"Möhtərəm Prezidentimiz İlham Əliyev.
Yeni bir yaş ərəfəsindəsiniz.
Əlbəttə, hər yaşın bir önəmi, dəyəri vardır.
Amma düşünürük ki, qədəm qoyduğunuz bu yeni yaşınız tamamilə fərqli məna daşıyır. Çünki Zati-aliləri, otuz illik həsrətə son qoydunuz və şanlı Azərbaycan bayrağının Qarabağda dalğalanmasını təmin etdiniz.
Dünyanın və Azərbaycanın koronavirusla mübarizə apardığı bir şəraitdə qazandığınız bu misilsiz Zəfərin dəyəri gələcəkdə daha yaxşı başa düşüləcəkdir. Çünki Zati-aliləri, Siz Qarabağa ədalət gətirdiniz.
Məhz belə möhtəşəm şəraitdə yeni yaşa qədəm qoyursunuz.
Həm Qələbənizi, həm də ad gününüzü şəxsən öz adımdan və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfində çalışan yoldaşlarım adından təbrik etmək şərəfini yaşayırıq.
Fürsətdən istifadə edərək Sizi Yeni il münasibətilə də təbrik edirəm. Zati-alinizə və yüksək şəxsinizdə azərbaycanlı qardaşlarımıza rifah, xoşbəxtlik və əmin-amanlıq diləyirəm.
Neçə belə illərə qovuşasınız".
XXX
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlidən:
"Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm. Həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizə xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizin məqsədyönlü, ardıcıl və yorulmaz fəaliyyətiniz sayəsində Azərbaycan Respublikası beynəlxalq miqyasda bütün sahələrdə əhəmiyyətli uğurlar əldə edib. Xüsusilə Sizin rəhbərliyinizlə Vətən müharibəsində qazanılan şanlı Zəfər qardaş Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olundu. Azərbaycanın qazandığı uğurlar gələcək nailiyyətlərin möhkəm təməlini qurmaqda və bütün Türk dünyasında böyük fərəh hissi ilə qarşılanmaqdadır. İnanıram ki, türkdilli dövlətlər arasında əlaqələrin inkişafına göstərdiyiniz xüsusi diqqət xalqlarımız arasında mövcud olan tarixi bağların daha da möhkəmlənməsinə önəmli töhfə verməkdə davam edəcək.
Möhtərəm cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə göstərdiyiniz diqqət və qayğıya görə Zati-alinizə dərin təşəkkürümü bildirirəm. Bu əlamətdar gündə Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".
XXX
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Zati-alinizə və yaxınlarınıza möhkəm cansağlığı, sülh və xoşbəxtlik arzulayıram.
İndiki mürəkkəb dövrdə xüsusi olaraq Sizə doğma ölkənizin və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasının davamlı səmərəli inkişafının təmin edilməsi üçün bütün niyyətlərinizin həyata keçirilməsində tükənməz enerji və şövq arzulayıram. Qoy, Sizin zəngin təcrübəniz və yüksək nüfuzunuz Azərbaycan dövlətçiliyinin inamlı, firavan gələcəyinin rəhni olsun.
Tatarıstan və Azərbaycan arasında xoşniyyətli əməkdaşlığın tarixi ənənələrinə sadiqliyimizi təsdiqləyərək, ümidvaram ki, Rusiya-Azərbaycan strateji münasibətləri çərçivəsində bizim qarşılıqlı fəaliyyət potensialımız bundan sonra da səmərəli şəkildə reallaşacaq".
XXX
Bolqarıstan Respublikasının sabiq Prezidenti Petar Stoyanovdan:
"Zati-aliləri, əziz dostum.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, Zati-alinizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə uğurlar və tərəqqi arzulayıram.
Cənab Prezident, yarandığı gündən etibarən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, onun həmsədrlərinə, İdarə Heyətinin üzvlərinə, Baş katibinə və bizim komandaya göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm".
XXX
Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyadan:
"Hörmətli Prezident İlham Əliyev.
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram.
Zati-aliləri, Siz Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişafına daim yüksək diqqət yetirirsiniz. Mən Azərbaycanın gömrük sisteminin inkişafı və modernləşdirilməsi ilə ölkənin milli hədəflərə çatmasına töhfə vermək istiqamətində Ümumdünya Gömrük Təşkilatı ilə ölkəniz arasındakı davamlı və sıx əməkdaşlığa sadiq olduğumu bir daha vurğulamaq istəyirəm. İnanıram ki, əlaqələrimiz qarşıdakı illərdə də hər iki tərəf üçün səmərəli nəticələr verməkdə davam edəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək, qarşıdan gələn 2021-ci ildə Sizə cansağlığı və xoşbəxtlik, ölkənizə və vətəndaşlarınıza sülh və tərəqqi arzulayır, gələcəkdə Sizinlə yenidən görüşməyi səbirsizliklə gözləyirəm.
Cənab Prezident, Sizə ən yüksək ehtiramımı bir daha bildirirəm".
XXX
Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan:
"Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Siz uzaqgörən və müdrik siyasi xadim, öz ölkəsinin mənafelərini ardıcıl surətdə müdafiə edən həqiqi vətənpərvər insan kimi haqlı olaraq həm Azərbaycan Respublikasında, həm də onun hüdudlarından kənarda böyük nüfuz və hörmət qazanmısınız.
Müasir Azərbaycanın uğurları, onun iqtisadi, siyasi və beynəlxalq mövqelərinin möhkəmlənməsi, əhalisinin rifah səviyyəsinin yüksəlməsi Sizin adınızla ayrılmaz surətdə bağlıdır. Bütün bunlar sübut edir ki, Siz atanız, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin başlatdığı şərəfli işi ləyaqətlə davam etdirirsiniz.
Bizim xalqlarımız arasında çoxəsrlik tarixə malik olan xüsusi dostluq münasibətləri vardır. Biz bunu yüksək qiymətləndiririk.
Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm".
XXX
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki Nümayəndəliyinin direktoru Arye Qutdan:
"Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin üçün bu əlamətdar gündə mən şəxsən Zati-alinizə - təcrübəli dövlət xadiminə, müstəsna istedadlı, praqmatik siyasi xadimə və Azərbaycan dövlətinin layiqli liderinə bir daha səmimi hörmətimi və minnətdarlığımı bildirmək istərdim.
İsrail xalqı adından, əslən Azərbaycandan olan israillilər adından Sizi və bütün Azərbaycan xalqını erməni işğalçılar üzərində möhtəşəm Qələbənin və Ermənistanın kapitulyasiyasının tam təsdiqi olmuş böyük Zəfər paradı münasibətilə təbrik etmək istəyirəm.
Bu Zəfər paradı şəxsən Azərbaycan Prezidentinin - Müzəffər Ali Baş Komandanın, igid Azərbaycan əsgərinin və zabitinin, bütün Azərbaycan xalqının hərbi, siyasi, mənəvi və texnoloji qələbəsinin təsdiqidir. Azərbaycan otuz il erməni işğalı altında olmuş öz ərazilərini qalib dövlət kimi azad etdi, geosiyasi, hərbi-texniki, texnoloji və diplomatik qüdrətinin, Cənubi Qafqaz regionunda öz əhəmiyyətinin artmasını bütün dünyaya sübut etdi.
Sizin müdrik, çoxvektorlu və tarazlaşdırılmış xarici siyasətiniz sayəsində Azərbaycan Respublikası güclü geosiyasi mərkəzə, həqiqi regional liderə çevrilib, həm postsovet məkanında, həm də dünya birliyində xüsusi yer tutub.
Biz, əslən Azərbaycandan olan israillilər çox fəxr edirik ki, Azərbaycan əsl sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun nümunəsidir. Məhz Sizin praqmatik və müdrik dövləti fəaliyyətiniz sayəsində Azərbaycan digər bütün sahələrlə yanaşı, cəmiyyətin birgə yaşayış tərzi olan tolerantlıq və multikulturalizm siyasətini də uğurla həyata keçirir. Azərbaycanın öz multikulturalizm modeli var. Bu model Ermənistanda hökm sürən millətçilik, şovinizm, faşizm və terrorizm siyasətinin alternatividir.
Siz həm öz xalqınızın, həm də dünyadakı bütün yəhudi icmalarının sevgisini və hörmətini qazanmısınız. Onlar Sizin diplomatiyanıza, Qələbənizə heyrandırlar və buna görə fəxr edirlər.
Əziz İlham Heydər oğlu. Doğum gününüz, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ən xoş arzularımı qəbul edin. Sizə və gözəl ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik, firavanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və rifah arzu edirəm".
XXX
Ukraynanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Viktor Yuşşenkodan:
"Zati-aliləri, hörmətli cənab Prezident.
Əziz dostum.
Ailəmiz doğum gününüz münasibətilə Sizi təbrik edir. Həyatınızın bu yeni ili Sizə və gözəl ailənizə cansağlığı, xoşbəxtlik, Azərbaycana isə tərəqqi gətirsin. Siz ölkənizdə möhtəşəm nailiyyətlər əldə etmisiniz və biz bilirik ki, bu, hələ başlanğıcdır.
Cənab Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarıq.
Biz Azərbaycan və Ukrayna arasında əlaqələrin inkişafı istiqamətində bundan sonra da Sizinlə əməkdaşlıq etməyə hazırıq".
XXX
"SOCAR ENERGY GEORGIA” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvilidən:
"Əziz İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi ən səmimi duyğularla təbrik edirəm.
Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz həyat enerjisi, ölkənizin və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.
Biz, tələbə dostlarınız Sizin rəhbərliyinizlə Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq arenada qazandığı uğurlara görə ürəkdən fəxr edirik.
Bu il həmin uğurlar Sizin rəhbərliyinizlə Azərbaycan xalqının qazandığı tarixi qələbələrdə xüsusilə aşkar görünür.
Azərbaycanın işğal edilmiş torpaqlarının Sizin yürütdüyünüz müdrik, ölçülüb-biçilmiş xarici siyasət sayəsində öz qanuni sahiblərinə qaytarılması üçün zəruri ilkin şərait yaradılıb. Ali Baş Komandan kimi Sizin istedadınız, habelə Azərbaycan əsgərlərinin və zabitlərinin igidliyi sayəsində bu torpaqlar qaytarılıb.
Azad edilmiş ərazilərin bərpası üçün hazırda aparılan işlər belə bir inam yaradır ki, lap yaxın gələcəkdə Dağlıq Qarabağ Azərbaycanın incisinə çevriləcək.
Əziz İlham Heydər oğlu, biz Sizi bir daha əmin etmək istəyirik ki, bizə verəcəyiniz hər hansı tapşırığı yerinə yetirməyə hazırıq.
İcazə verin, Sizə bir daha ən xoş arzularımı bildirim, Sizin planlarınızın və ideyalarınızın tezliklə gerçəkləşməsini diləyim".
XXX
MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən, MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibinin müavini - Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərovdan:
"Hörmətli İlham Heydər oğlu.
MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının katibliyi adından doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.
Siz görkəmli dövlət xadimi və siyasi xadim olaraq, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və beynəlxalq arenada nüfuzunun möhkəmlənməsi üçün çox iş görmüsünüz və görürsünüz. Birlik ölkələrinin parlamentariləri MDB iştirakçısı olan dövlətlər arasında çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığın və dostluq əlaqələrinin inkişafına Sizin böyük şəxsi töhfənizi yüksək qiymətləndirirlər.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, tükənməz enerji, qətiyyət və nikbinlik, Azərbaycan Respublikasının tərəqqisi və onun vətəndaşlarının firavanlığı naminə coşqun və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq!".
XXX
Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan:
"Əziz İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Siz hələ gəncsiniz, lakin artıq "müdriklik yaşı”na çatmısınız. Bu yaşda insan bayram hədiyyələrinə sakit münasibət bəsləyir. Mən öz təbrik məktubuma belə başlamaq fikrində idim. Daha sonra yazmaq istəyirdim: "Lakin yəqin ki, Siz özünüzün və xalqınızın lap yaxın vaxtlarda aldığı çox qiymətli hədiyyə barədə düşünəndə ürəyiniz hələ də tez-tez döyünür”.
Təkrar edirəm, mən belə yazmaq istəyirdim, lakin əlim gəlmədi.
Haqqına görə sənə mənsub olanın qaytarılmasını hədiyyə adlandırmaq olmaz.
Qan bahasına əldə ediləni hədiyyə adlandırmaq olmaz.
Əgər Sizin qəlbiniz həqiqətən tez-tez döyünürsə, burada "hədiyyə” deyil, "qürur”, "şərəf”, "ədalət” sözlərini işlətmək düzgün olar.
Mən Sizə bunu arzu edirəm. Qoy, bundan sonra da qürur, şərəf və ədalət Sizinlə olsun. Qoy, bu sözlər bundan sonra da Sizin qəlbinizi tez-tez sevindirsin".
XXX
Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti vəzifənizdə yeni nailiyyətlər, möhkəm cansağlığı, qurucu fəaliyyətinizdə uğurlar, xoşbəxtlik və firavanlıq, dostlarınızdan səmimiyyət və diqqət, əzizlərinizin və yaxınlarınızın sevgisini arzu edirəm.
Bu xoş fürsətdən istifadə edib, ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı fəaliyyətə göstərdiyiniz diqqət və dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu qarşılıqlı fəaliyyət bundan sonra da Rusiyanın və Azərbaycanın təhlükəsizliyinin və milli maraqların müdafiəsinin, regionda sülhün və sabitliyin qorunub saxlanmasının qarantı olacaq".
XXX
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Sizi tanıyanların hamısı həmişə qeyd edirlər ki, Siz istedadlı rəhbər, parlaq dövlət xadimi, öz işinə ürəkdən sadiq olan, ölkəsinin tərəqqisi və onun xalqının rifahı naminə bütün varlığı ilə çalışan şəxsiyyətsiniz.
Sizi doğum gününüz münasibətilə bir daha təbrik etməyə şadam.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, gözəl Azərbaycanın rifahı naminə nəcib işinizdə sadiq silahdaşlar və daimi uğurlar arzulayıram".
XXX
Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevdən:
"Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə təbrik edirəm.
Azərbaycan Respublikasının inkişafına yönəlmiş bütün plan və layihələrinizin səmərəli surətdə həyata keçməsi üçün Sizə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, firavanlıq və xoşbəxtlik arzulayıram".
XXX
Rusiya Notariuslar Assosiasiyasının sədri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirovdan:
"Möhtərəm cənab Prezident.
Möhtərəm İlham Heydər oğlu, icazə verin, doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və firavanlıq, xoş günlər, Azərbaycan naminə, onun rifahı üçün gərgin fəaliyyətinizdə yeni uğurlar diləklərimi bildirim. Qoy, Sizin bütün işləriniz və təşəbbüsləriniz bundan sonra da həmvətənlərimizin rəğbətini qazansın, dostlarınız və məsləkdaşlarınız tərəfindən dəstəklənsin!
Bu unudulmaz günlərdə, bütün Azərbaycan xalqı Vətən müharibəsində tarixi qələbənin sevincini yaşadığı bir vaxtda mən Sizə, doğma xalqının liderinə, Azərbaycanın Prezidentinə xüsusi qürur və minnətdarlıq hissi ilə müraciət edirəm.
Erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağı və ona bitişik 7 rayonu rəşadətli Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə azad etdi. Allaha şükürlər olsun!
Cənab Prezident, bütün bunlara görə Sizə təşəkkür edirəm. Siz dahi Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olmaqla, ölkənin siyasi və sosial-iqtisadi həyatının bütün sahələrində, onun müdafiə qabiliyyətinin möhkəmlənməsində ardıcıl və səmərəli iş apararaq, Azərbaycan tarixində ən qüdrətli dövlət və müasir, yüksək texnoloji silahlarla təchiz olunmuş, döyüş qabiliyyətli ordu yaratmısınız, gənc müstəqil Azərbaycanı güclü, nüfuzlu dövlətlər sırasına çıxarmısınız, onu regional liderə çevirmisiniz.
Siz tarixi Vətənimizin ərazi bütövlüyünü bərpa etmisiniz, əsrin dörddəbirindən çox müddətdə düşmən əsarəti altında olmuş doğma torpağımızı – gözəl Qarabağı bizə qaytarmısınız. Mən, Ağdamda doğulub boya-başa çatmış və uzun illər boyu öz doğma şəhərimin azad edilməsi barədə indi artıq çin olmuş arzularla yaşamış bir insan kimi Sizin qarşınızda baş əyirəm. Siz xalqımızın birliyini təmin etdiniz, ona öz qəddini düzəltməkdə, milli ləyaqət hissini qaytarmaqda kömək etdiniz, gənclərin mənəvi döyüş ruhunu görünməmiş yüksəkliyə qaldırdınız. Siz Azərbaycan xalqını müzəffər millət kimi dirçəltdiniz! Siz bizə bizim nəslin indiyə qədər görmədiyi, bənzərsiz Qələbə duyğusunu bəxş etdiniz.
Siz ən azı Azərbaycanın mövcud olduğu son 200 il ərzində heç bir liderin nail ola bilmədiyi tarixi uğur qazanmısınız. Siz dövlətlərin və xalqların rəhbərlərinin çoxunun yalnız arzu edə biləcəyi nüfuz qazanmısınız. Bütün bunlara görə Sizə, ilk növbədə, möhkəm cansağlığı arzu edirəm. Cansağlığı və səbir!
İnanıram ki, Sizin siyasi xadim, dövlət xadimi və sərkərdə, parlaq intellektual və diplomat, ən yüksək mədəniyyətli və hərtərəfli savadlı şəxsiyyət kimi təcrübəniz bundan sonra da ən mürəkkəb problemləri həll etməyinizə imkan verəcək.
Mən Sizi və bütün həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xüsusi duyğu ilə təbrik edirəm. Xalqımız heç vaxt bugünkü kimi həmrəy olmayıb. Bu birliyin qorunub saxlanması və möhkəmləndirilməsi xalqımızın ali məqsədi və dəyəridir.
Qoy, qarşıdan gələn il Sizin üçün və doğma Azərbaycan üçün uğurlu və parlaq hadisələrlə, yeni xeyirxah əməllər və nailiyyətlərlə zəngin olsun!
Sizə və yaxınlarınıza xoşbəxtlik, firavanlıq, gözəl yeni il ovqatı arzu edirəm!".
XXX
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçdən:
"Hörmətli Prezident, əziz qardaşım,
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Əminəm ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq və qardaşlıq münasibətləri gələcəkdə də inkişaf etməyə və qarşılıqlı maraq doğuran bütün sahələrə genişlənməyə davam edəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə və hörmətli ailənizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm".
XXX
Niderlanddakı Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkından:
"Hörmətli Prezidentim.
Qırx dörd gün davam edən zəfərlə dolu Vətən müharibəsini böyük məharətlə başa çatdıran qəhrəman Azərbaycan Ordusu Sizin Ali Baş Komandanlığınızla adını müasir tariximizə qızıl hərflərlə yazdırdı.
Biz Avropada Azərbaycanı təmsil edən insanlar olaraq, Sizin müharibə müddətində etdiyiniz çıxışlar və qətiyyətli mövqeyinizlə qürur duyduq. Hər dəfə Sizin səsinizi eşidəndə və mesajlarınızı oxuyanda Azərbaycanın doğma torpaqlarından daha bir hissəsinin Vətənə birləşdiyini öyrənir və səmimi qəlbdən Sizə, Azərbaycan Ordusuna təşəkkür edirdik.
İyirmi doqquz il əvvəl müstəqilliyini bərpa etmiş can Azərbaycanımız Sizin liderliyinizlə möhtəşəm Zəfər qazandı, yeni nəsillərin qəlblərində böyük qürur hissi və özünəinam yaratdı.
Avropada yaşayan və Azərbaycanı qəlbən sevən insanlar olaraq, həm Sizin o böyük Zəfərinizi, həm də doğum gününüzü təbrik edir, Sizə cansağlığı, uzun ömür diləyirik".
XXX
Xorvatiyanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yadranka Kosordan:
"Möhtərəm cənab Prezident Əliyev, Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizə cansağlığı, xoş əhval-ruhiyyə və ölkənizin rifahı üçün ən səmimi arzularımı çatdırıram. Qarşıdakı Yeni ilin Sizə və gözəl ailənizə cansağlığı, xoşbəxtlik, Azərbaycana isə tərəqqi gətirməsini diləyirəm.
Zati-aliləri, bizi anlaşma, tolerantlıq və bir-birindən öyrənmə ideyaları ətrafında birləşdirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyiniz dəstəyə görə Sizə öz minnətdarlığımı bildirirəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada təşkil etdiyi çoxsaylı görüşlər iştirakçılarla daha yaxından tanış olmaq, həmçinin insanlar və xalqlar arasında daim yeni dostluq əlaqələri qurmaq baxımından çox gözəl fürsətdir.
Cənab Prezident, bildiyiniz kimi, bizi bir araya gətirən və irəliyə aparan hərəkətverici qüvvə həmsədrlərimiz Vaira Vike-Frayberqa və İsmail Serageldindir. Biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzini dostlarımızın bir-birinə dəstəyinin mövcud olduğu ümumi evimiz hesab edirik. Bizə belə bir imkan yaratdığınız üçün, eləcə də göstərdiyiniz davamlı dəstəyə görə Sizə təşəkkür edirəm.
Möhtərəm Prezident, doğum gününüz münasibətilə Sizi təbrik edir, bütün arzularınızın həyata keçməsini diləyirəm. Həmçinin fürsətdən istifadə edərək, 2021-ci ilin Sizin üçün xoş və uğurlu keçməsini arzulayıram.
Sizinlə tezliklə Azərbaycanda görüşmək ümidindəyəm".
XXX
Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskidən:
"Əziz İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Sizin həyat və fəaliyyətiniz Azərbaycanın həyatından və taleyindən ayrılmazdır. Aydındır ki, Siz əldə etdiklərinizlə kifayətlənməyəcək, müasir Azərbaycanın banisi Heydər Əliyevin işini səmərəli şəkildə davam etdirəcəksiniz. Siz qətiyyətli, təcrübəli, xeyirxah və uzaqgörən dövlət xadimi, Azərbaycanın milli liderisiniz.
Başa çatmaqda olan ilin noyabr ayında Siz öz müdrik və mətin qərarınızla adınızı təkcə doğma Azərbaycanın tarixinə deyil, münaqişələrin həllinin dünya müntəxəbatına qızıl hərflərlə yazdınız.
Mən Rusiya-Azərbaycan münasibətlərinin yüksək keyfiyyətini, bizim şəxsi dostluq münasibətlərimizi səmimi qəlbdən qiymətləndirir və buna böyük əhəmiyyət verirəm. Gələcəkdə bu münasibətləri davam etdirməyə şad olaram. Ümidvaram və əminəm ki, bizim birgə səylərimiz xalqlarımızın rifahı naminə yeni səviyyəyə yüksələcək.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, möhkəm səmimi ailənizə firavanlıq və uğurlar, qardaş Azərbaycan xalqına səadət və tərəqqi arzu edirəm".