AZE | RUS | ENG |

Prezident İlham Əliyevə olan sevginin göstəricisi

Prezident İlham Əliyevə olan sevginin göstəricisi
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə "İlin dövlət başçısı” seçilməsi bu ölkənin sadə vətəndaşından tutmuş ziyalısına qədər hər kəsin dövlət başçısına sevgisinin və onun gördüyü işlərə qiymətinin göstəricisidir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib.
Sədr qeyd edib ki, bu sorğu Türkiyənin bütün bölgələrində 570 vətəndaş cəmiyyəti arasında keçirilib. Prezident İlham Əliyev Türkiyədə böyük nüfuza sahibdir. O, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” prinsipinə sadiq qalaraq Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi istiqamətində mühüm xidmətlər göstərib. Dövlət başçısı dəfələrlə sübut edib ki, Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır. Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı Prezident İlham Əliyev qardaşı və həmkarı Rəcəb Tayyib Ərdoğana dəstək oldu. Türkiyənin çətin zamanlarında qardaş Azərbaycan tərəfindən uzadılan dost əli sadə türk vətəndaşlarında böyük rəğbət yaradıb. Azərbaycan regionda cərəyan edən siyasi məsələlərdə və beynəlxalq iqtisadi layihələrin reallaşmasında Türkiyəyə dəstək verir. Bütün bunların nəticəsidir ki, İlham Əliyev Türkiyədə "İlin dövlət başçısı” adına layiq görülüb.
Federasiya sədri bildirib ki, Türkiyə də hər zaman qardaş Azərbaycanın yanındadır. Türkiyə Dağlıq Qarabağ münaqişəsini öz problemi hesab edir. Bu münaqişə ilə bağlı həqiqətlər Türkiyə dövləti tərəfindən də beynəlxalq tribunalardan dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Bilal Dündar qeyd edib ki, Türkiyədə Xocalı faciəsini gənc nəslin yaddaşına həkk etmək üçün onlarla abidə və park istifadəyə verilib. Türkiyənin böyük şəhərlərindən biri hesab olunan Kocaelidə 31 mart və Xocalı soyqırımları ilə bağlı muzey fəaliyyət göstərir. Burada dünyanın 100-dən çox televiziya kanalı xüsusi reportajlar və sənədli filmlər hazırlayıb. Bundan başqa, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə birgə fəaliyyət göstərən Heydər Əliyev Mədəniyyət Evində Azərbaycanın tarixini və ədəbiyyatını əks etdirən kitabxana var.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9068
GEL 1 1 Gürcüstan larisi 0.6301
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1994
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6663
KWD 1 1 Küveyt dinarı 5.5873
TRY 1 1 Türkiyə lirəsi 0.2906