• cümə axşamı, 18 aprel, 13:34
  • Baku Bakı 22°C

Prezident İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzalayıb

06.01.18 18:07 802
Prezident İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzalayıb
Azərbaycan prezidentiİlham ƏliyevXaçmaz rayonunun Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqındasərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncama əsasın, səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək,Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər