AZE | RUS | ENG |

Prezident İlham Əliyev Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidentini qəbul edib

Prezident İlham Əliyev Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidenti, Çin Xalq Respublikasının xarici işlər nazirinin xüsusi köməkçisi Vu Haylonqu qəbul edib.
Prezidentin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Bakıda keçiriləcək VII Qlobal Forumun əhəmiyyətinə toxunuldu, bu tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsi işinə töhfə verdiyi vurğulandı.
Qəbula görə minnətdarlığını bildirən Vu Haylonq Azərbaycana səfərindən və bu tədbirdə iştirakından məmnunluğunu ifadə etdi. O, Çin ilə Azərbaycan arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycan-Çin əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi və əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Çinə rəsmi səfərlərini xatırlayan Prezident İlham Əliyev orada Çin Xalq Respublikasının Sədri ilə keçirdiyi görüşlər zamanı iqtisadiyyat, ticarət, infrastruktur, nəqliyyat və digər sahələrdə əlaqələrimizin inkişaf perspektivləri barədə səmərəli müzakirələrin aparıldığını qeyd etdi.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779