• cümə axşamı, 25 aprel, 11:01
  • Baku Bakı 14°C

Prezident İlham Əliyev: vergi və gömrük sistemlərində aparılan islahatlar öz bəhrəsini verir

10.07.18 11:50 343
Prezident İlham Əliyev: vergi və gömrük sistemlərində aparılan islahatlar öz bəhrəsini verir
Son vaxtlar vergi və gömrük sistemlərində aparılan islahatlar öz bəhrəsini verir. Bu sahələr bir-birinə bağlı olan sahələrdir və əlbəttə ki, islahatlar hər iki sahədə paralel olaraq aparılmalıdır və aparılır.
AZƏRTACxəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, ölkəmizdə vergi və gömrük sistemlərində tam şəffaflıq təmin edilir, sahibkarlara isə bərabər şərait yaradılıb.
Prezident, həmçinin vurğulayıb ki, sahibkarlar da öz növbəsində qanunlara riayət etməli, vergidənyayınma hallarına son qoyulmalı, qaçaqmalçılıqla məşğul olmamalı və ölkə iqtisadiyyatına ziyan vurmamalıdırlar.
banner

Oxşar Xəbərlər