• cümə, 19 Aprel, 21:09
  • Baku Bakı 24°C

Prezident İlham Əliyev və xanımı Soçi Olimpiadasının açılış mərasimində iştirak edirlər

07.02.14 18:43 1511
Prezident İlham Əliyev və xanımı Soçi Olimpiadasının açılış mərasimində iştirak edirlər
Fevralın 7-də saat 20.14-də Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi başlanıb.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edirlər.
AzərTAc xəbər verir ki, budəfəki Qış Olimpiadası Azərbaycan yığması üçün sayca beşincidir. Soçidə ölkəmizi 4 idmançı təmsil edir. Onlar idmanın iki növü üzrə yarışacaqlar. Kişilər arasında dağ-xizək idmanı yarışlarında Azərbaycanı Patrik Brahner və Sedrik Nots təmsil edəcəklər. Bundan əlavə, Yuliya Zlobina və Aleksey Sitnikov fiqurlu konkisürmənin idman rəqsləri növü üzrə yarışlarda Azərbaycanın bayrağı altında çıxış edəcəklər.
banner

Oxşar Xəbərlər