• cümə, 26 Aprel, 18:32
  • Baku Bakı 22°C

Prezident İlham Əliyev və Mehriban Əliyeva idmanın inkişafı üçün hər şey edirlər

02.12.18 13:30 649
Prezident İlham Əliyev və Mehriban Əliyeva idmanın inkişafı üçün hər şey edirlər
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva idmanın inkişafı üçün hər şey edirlər və bu, Azərbaycan üçün çox müsbət haldır.
Bu barədə Ukrayna Gimnasitika Federasiyasının vitse-prezidenti İrina Deryugina Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən 82-ci Konqresi çərçivəsində Trend-ə açıqlamasında bildirib.

İ.Deryugina qeyd edib ki, dövlət başçısı Milli Olimpiya Komitəsinə başçılıq edəndə ölkədə idmanın inkişafı düzgün istiqamətdə aparılır.

O, həmçinin Azərbaycan Gimnastika Federasiyasının işinə toxunub. Ukrayna Gimnasitika Federasiyasının vitse-prezidentinin fikrincə, Azərbaycan Gimnastika Federasiyası gördüyü işlərə görə dünyada ən yaxşı federasiyadır:"Azərbaycan Gimnastika Federasiyasının keçmiş baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi bunun ən yaxşı təsdiqidir".

banner

Oxşar Xəbərlər