• cümə, 19 Aprel, 21:54
  • Baku Bakı 24°C

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın oyununa baxıblar - Fotolar

30.09.17 21:23 1675
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın oyununa baxıblar - Fotolar
Sentyabrın 30-da qadın voleybolçular arasında Avropa çempionatının yarımfinal görüşləri keçirilib.

AZƏRTACxəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən ilk oyunda Azərbaycan milli komandası finala vəsiqə uğrunda Niderland yığması ilə qarşılaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri komandamızın oyununa baxıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən birinci setdə inamlı oyun nümayiş etdirən Azərbaycan voleybolçuları 25:20 hesabı ilə qalib gəliblər. Niderland yığması ikinci seti öz xeyrinə başa vuraraq (19:25) hesabı bərabərləşdirib - 1:1. Qarşılaşmanın üçüncü seti də Niderland voleybolçularının üstünlüyü ilə başa çatıb – 19:25. Milli komandamız dördüncü setdə hesabda böyük fərqlə geri olsa da, yüksək əzmkarlıq göstərərək 27:25 hesabı ilə qələbə qazanıb. Oyunda hesab bərabərləşdiyindən (2:2) matçın qalibi tay-brekdə məlum olub. Tay-brekdə 12:15 hesabı ilə qalib gələn Niderland millisi finala vəsiqəni təmin edib.

Beləliklə, Azərbaycan yığma komandası Avropa çempionatında mübarizəni üçüncü yer uğrunda davam etdirəcək. Üçüncü yer uğrunda görüş oktyabrın 1-də keçiriləcək.










banner

Oxşar Xəbərlər