• çərşənbə axşamı, 19 mart, 12:11
  • Baku Bakı 8°C

Prezident İlham Əliyev Türkiyə prezidentini təbrik edib

24.06.18 21:24 647
Prezident İlham Əliyev Türkiyə prezidentini təbrik edib
Azərbaycan prezidentiİlham Əliyeviyunun 24-də Türkiyə Respublikasının prezidentiRəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
APA-nın xəbərinə görə,bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. DövlətbaşçısıRəcəb Tayyib Ərdoğanı seçkilərdə əldə etdiyi inamlı qələbə münasibətilə təbrik edib.
Prezidentİlham Əliyevqeyd edib ki,Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib. Dövlətimizin başçısıRəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və inkişafı naminə yeni uğurlar arzulayıb.
Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğangöstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Azərbaycan prezidentiİlham ƏliyevprezidentRəcəb Tayyib Ərdoğanı Azərbaycanarəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.
banner

Oxşar Xəbərlər