• çərşənbə axşamı, 16 aprel, 12:41
  • Baku Bakı 19°C

Prezident İlham Əliyev Şəmkirdə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olub

20.08.17 16:14 1446
Prezident İlham Əliyev Şəmkirdə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olub
Bu gün Azərbaycan prezidentiİlham ƏliyevŞəmkirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub.

APA-nın məlumatına görə, dövlətimizin başçısına məlumat verilib ki, Tarix-Diyarşünaslıq Muzeyində əsaslı yenidənqurma və təmir işlərinə 2015-ci ilin aprelində başlanılıb və bu işlər ötən ilin noyabrında başa çatdırılıb.

Muzeydə Heydər Əliyevin və prezident İlham Əliyevin Şəmkirə səfərlərini əks etdirən fotolar, rayonun tanınmış ziyalıları, qəhrəmanları barədə məlumatlar var. Prezidentİlham Əliyevyenidənqurmadan sonra muzeydə yaradılan şəraitlə və eksponatlarla tanış olub. Bildirilib ki, muzeyin ümumi ərazisi 0,26 hektardır. İki mərtəbədən ibarət muzey binasının ümumi sahəsi isə 800 kvadratmetrdir. Muzeyin birinci mərtəbəsində iki bölmə yerləşir. Birinci bölmədə miniatür rəsm sərgisi və ekspozisiya zalı, ikinci bölmədə isə elektron informasiya lövhəsi və ekspozisiya zalı var. Muzeydə mövcud olan 6 minə yaxın eksponatdan 350-si ekspozisiya zallarında sərgilənir. Bu eksponatlar əsasən qədim tunc dövrünə və XVIII-XIX əsrlərə aiddir. Binanın həyətyanı sahəsində yaradılmış "Açıq muzey”də müxtəlif filmlərin personajlarının heykəlləri qoyulub. Həyətdə müasir işıqlandırma sistemi quraşdırılıb və yaşıllıq zolağı salınıb.
banner

Oxşar Xəbərlər