• çərşənbə axşamı, 19 mart, 11:43
  • Baku Bakı 8°C

Prezident İlham Əliyev Şəkidə baş vermiş hadisəni xüsusi nəzarətə götürüb

14.07.19 15:30 23414
Prezident İlham Əliyev Şəkidə baş vermiş hadisəni xüsusi nəzarətə götürüb
Şəkidə baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi nəzarətindədir.
Trend-in məlumatına görə, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunur.
Bildirilir ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlara ilkin təcilli-tibbi yardım göstərilib. 4 nəfərin səhhəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Bakı şəhərindən Fövqəladə Hallar Nazirliyinin helikopterləri vasitəsilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimlər Şəki rayonuna göndərilib. Eyni zamanda, baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar.
Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40, FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.
Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri dövlət başçısının xüsusi nəzarətindədir.
Hadisənin baş vermə səbəbləri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
banner

Oxşar Xəbərlər