• çərşənbə, 24 Aprel, 07:30
  • Baku Bakı 13°C

Prezident İlham Əliyev Şamaxıda yolun açılışını edib

02.10.17 15:40 1459
Prezident İlham Əliyev Şamaxıda yolun açılışını edib
Azərbaycan prezidentiİlham Əliyevvə birinci xanım Mehriban Əliyeva əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun açılışında iştirak ediblər.
APA-nın məlumatına görə, "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Pirqulu-Dəmirçi avtomobil yolunun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, görülən işlər nəticəsində Pirqulu-Dəmirçi avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 3,5-4 metr, çiyinlər də daxil olmaqla yol yatağının eni 7-8 metrdir. Yol boyunca müxtəlif diametrli 14 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 210 metrdir.
Prezidentİlham Əliyevyolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
banner

Oxşar Xəbərlər