• çərşənbə, 24 Aprel, 05:21
  • Baku Bakı 14°C

Prezident İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktorunu qəbul edib

25.06.17 11:44 1291
Prezident İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktorunu qəbul edib

Bu gün Azərbaycan prezidentiİlham ƏliyevRusiya Federasiyasının "Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovu qəbul edib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Heydər Əliyev ilə görüşlərini dərin ehtiramla xatırlayan Aleksandr Proxanov onunla söhbətlərin çox maraqlı keçdiyini bildirib.

A. Proxanov Azərbaycana gəlişindən məmnunluq hissi keçirdiyini qeyd edərək, regionlarımıza səfər etdiyini və ölkəmizdəki inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını söyləyib. Prezidentİlham ƏliyevA. Proxanovun Azərbaycana səfərinin səmərəli və maraqlı olacağına ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Humanitar sahədə əməkdaşlığın genişləndirilməsində Azərbaycan və Rusiya ziyalılarının əlaqələrinin rolu vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


banner

Oxşar Xəbərlər